İki gün əvvəl "Yeni Azərbaycan qəzetinin buraxılışında millət vəkili Vahid Əhmədovla bağlı geniş tənqidi material yer alıb. Vahid Əhmədovun iqtisadi proqnozları və keçmişi ilə bağlı məqamlara toxunulub: ""Sən kimsən, Vahid Əhmədov? sualının konkret cavabını tapmaq əsla mümkün deyil.
Yeni Azərbaycan qəzetində V.Əhmədovun ünvanına dərc olunan yazı sosial şəbəkələrdə, müxalifət tərəfindən YAP-ın mövqeyi kimi qələmə verilərək müzakirə olunur.
Məsələ ilə bağlı unikal.org-a "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, siyasi elmlər doktoru Hikmət Babaoğlu bu fikirləri səsləndirib:
"Mən bunu şərh etmək istəmirəm. Yazı yazılıb və hamı da oxuyub. Bu sözlərdən sonra nəsə desəm artıq şərh sayılacaq".