Britaniya psixiatrı və farmakoloqu Devid Nattanın təqdiqatına əsasən spirtli içkilər heroin, kokain və başqa narkotik maddələrdən daha zərərlidir.
Unikal.org alkoqolun orqanizmə mənfi təsirləri ilə tanış edir.
Heç nə vaxtsa insanların nə qədər spirtli içki qəbul etdiyi barədə düşünmüsünüz?
Dünya üzrə statistikasını tapmaq asan deyil, ona görə sadəcə ABŞ üzərində dayanaq. Hər ikinci adam vaxtaşırı olaraq alkoqol istifadə edir.
Amerika institutunun alkoqolizmə qarşı mübarizə üzrə statistik məlumatlarına görə, 18 və daha yuxarı yaşlı insanların 87 faizi öz həyatı ərzində alkoqol istifadə edir. İnsanların 71 %-i ömrünün son ilində ayında, 56% -i isə son bir ayında spirtli içki içir.
Əgər insanın özü və ətrafındakılar üçün ziyanını nəzərə alsaq, onda alkoqol dünyada ən təhlükəli narkotikdir. Hətta heroin, kokain, tiryək və metamfetamindən də təhlükəlidir. Bu, ilk növbədə məhsulun miqdarı ilə bağlıdır. Çünki alkoqol hər hansı başqa - narkotik maddələrdən daha populyardır. Bu məlumatları narkotikin insan orqanizminə təsirlərini öyrənən britaniyalı psixiatr və farmakoloq Devid Natta tədqiqatı nəticəsində əldə edib.
İnsanlar artıq demək olar ki, hər gün spritli içkilər qəbul etməyə adət edib və bunun nəticələri qorxulu ola bilər. Xəbərlərdə bir çox cinayətlərin narkotik maddənin təsiri altında törədildiyini tez-tez oxuyuruq, ancaq heç kəs alkoqol istifadəsi zəminində törədilən cinayətlərə diqqət yetirmir. Bu, maşın qəzalarını xatırladır. Avtomobil hadisələri heç kəsin vecinə də deyil, amma gəmi və ya təyyarə qəzası baş verən kimi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olur.
Alkoqol qəbul etdikdə biz dərhal xumarlanır və sərxoş oluruq. Lakin bu, spirtli içkilərin insan orqanizminə yeganə təsiri deyil.
Alkoqol bədənə necə təsir göstərir?
Spirtli içkinin təxminən 20% -i mədədə qalır. Qalan 80% -i nazik bağırsağa gedir. Alkoqolun tez sorulması spirtin konsentrasiyasından asılıdır. Nə qədər tünd olsa, bir o qədər tez sərxoş olacaqsınız. Məsələn, pivə ilə müqayisədə araq daha tez təsir göstərir. Dolu mədə spirtin mənimsənilməsini ləngidir və məstedici təsiri ortaya çıxarır.
Alkoqol mədə və nazik bağırsağa düşdükdən sonra bütün bədən boyu üzrə qan dövranı edir. Bu zaman bədən onu çıxarmağa çalışır. Alkoqolun 10 %-i böyrək, sidik və nəfəs vasitəsilə çıxarılır. Məhz buna görə də alkotester sizin içib-içmədiyinizi müəyyənləşdirməyə imkan verir.
Spirtin qalan faizi ilə qaraciyər məşğul olur, ona görə də ən böyük ziyan bu orqana dəyir. Spirtli içkilərin qaraciyərə zərər vurmasının iki səbəbi var:
Oksidləşdirici stress
Kimyəvi reaksiyaların nəticəsində alkoqol qaraciyər hüceyrələrinə zərər verə bilər. Orqan özü-özünü müalicə olunmasına çalışacaq. Buna görə də iltihab başlaya və ya yara əmələ gələ bilər.
Bağırsaq bakteriyalarında toksinlər
Alkoqol bağırsağa da zərər vurur. Bağırsaq bakteriyaları qaraciyərə daxil olaraq iltihaba gətirib çıxarır.
Spirtli effekt dərhal yaranmır, yalnız bir neçə qəbuldan sonra başlayır. Xüsusilə alkoqolun miqdarı keyfiyyətindən daha çoxdursa, orqanizm daha çox zərər görməyə başlayır.
Alkoqol beyinə nə cür təsir göstərir?
Dil bədəninin və yaddaş itkisinin ən "inadkar orqanıdır və bu, alkoqol təsirinin əsas əlamətləridir. Tez-tez spirtli içkilər qəbul edən insanlar koordinasiya, balans pozğunluğu ilə üzləşir, eyni zamanda səhhətlərində ciddi problemlər hiss etməyə başlayırlar. Ona görə də sürücülərə sərxoş vəziyyətdə avtomobil idarə etmək qadağandır.
Alkoqolun beyinə digər təsiri ondan ibarətdir ki, o, əzələ toxumasına təkan verən neyro maddələrin səviyyəsini dəyişir.
Neyro maddələr stimul, emosiya və davranışına görə cavab verir. Onlar beyində elektrik aktivliyi qaldıra və ya ləngidə bilər.
Ən mühüm neyro mediatorlardan biri də qamma aminobutirik turşusudur. Alkoqol onun effektini gücləndirir, bununla da sərxoş adamın söhbət və hərəkətləri ləng gedir.
Alkoqolun mənfi effektini necə azaltmaq olar?
İçkini tərgitmək gözəl fikirdir, amma çətin ki, buna hər kəsin iradə və cəsarəti çatar.
Ona görə də biz orqanizmdə alkoqolun təsirini azaltmağa yardım edəcək bir neçə məsləhət təqdim edirik:
1. Çoxlu su için. Alkoqol orqanizmdən mayeni çıxarır. Bu baxımdan spirtli içki qəbul etməzdən əvvəl bir litr daha artıq su içməlisiniz.
2. Yeyin. Yuxarıda da dediyimiz kimi dolu mədə alkoqol mənimsənilməsini ləngidir, bununla da orqanizmə onu tədricən çıxarmaq üçün vaxt vermiş olur.
3. Yağlı yeməklərə üstünlük verməyin. Yağlar mədənin spirtli içkini udmasına mane olur. Bu səbəbdən də həddindən artıq yağlı qidalar daha çox ziyan vuracaq.
4. Qazlı içkilərdən qaçın. Çünki onlarda saxlanılan karbon qazı alkoqol sorulmasını sürətləndirir.
5. Əgər dostlarla şənlənmək istəyirsinizsə, onda ən optimal variant saatda bir qədəh tünd içkidir. Bu qaydaya riayət edərək siz orqanizmə alkoqolu bədəndən çıxarmaq üçün zaman verəcəksiniz.publika.az