Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva və ailə üzvləri IV İslam Həmrəyliyi Oyunlarının sərbəst güləş yarışlarının final qarşılaşmasına baxıblar.

Unikal.org-un məlumatına görə, IV İslam Həmrəyliyi Oyunlarında 125 kq çəki dərəcəsində qalib gələn sərbəst güləşçilərin mükafatlandırma mərasimləri keçirilib.

Qaliblərə medalları Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva təqdim edib.

Azərbaycan təmsilçisi Cəmaləddin Maqomedov Qazaxıstan idmançısı Daulet Şabanbayevlə mübarizədə qızıl medal qazanıb.

Mükafatlandırma mərasimlərindən sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.