Dərmanları oruca başlamazdan qabaq və iftardan sonra qəbul etmək imkanı varsa, belə halda oruc tutmaq olar.
Unikal.org zikr.az-a istinadən bildirir ki, əgər dərmanlar ciddi qrafiklə qəbul edilməlidirsə və qəbul edilmədikdə ağır nəticələr verəcəksə, orucu tutmayıb qəzasını sağalandan sonra tutmaq lazımdır. Bu, yalnız Ramazan orucuna aiddir. Digər orucları tutmaq isə vacib deyil.