Qoç - Sizi çox çətin gün gözləyir. Xeyli suala cavab tapmalısınız, bu isə elə də asan deyil. Yaxınlarınızla dil tapa, ailədə sakitliyi qoruya bilmirsiniz. Hadisələrin başqa cür inkişafı bir çox Qoçların özlərini günahkar hiss etmələrinə səbəb olur. Ancaq heç bu da onları düşüncəsiz hərəkətlərdən çəkindirmir.
Maliyyə çətinlikləri mümkündür. Lazım olandan çox xərcləməyə meyllisiniz. Səfərə gedənlərin yol yoldaşları ucbatından problemləri yarana bilər.
Buğa - Uğurlu gündür. Yaxınlarınızın qayğıları və qarşı cinsin nümayəndələrinin diqqəti heç kəm olmur. Bunların hamısı əhvalınızı qaldırır, üstəlik, cazibədarlığınızı artırır. Ziyafətlərə gedə, mədəni istirahət edə bilərsiniz. Teatr premyerası və yaxud təntənəli qəbulda siz diqqətdən kənarda qalmayacaqsınız.
Kommersiya fəaliyyəti ilə məşğul ola, sövdələşmələr bağlaya, vacib sənədləri imzalaya bilərsiniz. Bir çox Buğaların işlə bağlı gözəl ideyaları yaranacaq, bunların sayəsində karyera pillələri ilə çox yuxarılara qalxa bilərsiniz.
Əkizlər - Bu gün hər bir işiniz uğurlu olacaq. Əvvəllər buraxdığınız səhvləri aradan qaldıra, hətta yolundan azanları da haqq yoluna qaytara biləcəksiniz. Sizin pedaqoji bacarıqlarınız bu gün çox qabarıq üzə çıxır və maraqlıdır ki, kimsəni bezdirmir. Uşaqlar və kiçikyaşlı qohumlarınızla ünsiyyət xoş keçəcək.
Bu gün alış-verişə də çıxa bilərsiniz. İlk baxışdan sizə lazımsız görünən əşyanı da ala bilərsiniz - çox tezliklə o sizin gərəyiniz olacaq.
Xərçəng - Bəzən anlaşılmazlıq yaransa da, gün yaxşı keçir. Sağlam düşüncəniz sizi darda qoymur, onun sayəsində başqa burclərin nümayəndələrinin tez-tez rastlaşdıqları çətinliklərdən qaça bilirsiniz. Yaşlı nəslin nümayəndələri ilə ünsiyyət üçün münasib gündür. Xüsusilə qadın qohumlarınızdan vacib məlumatlar eşidə bilərsiniz.
Bu gün qiymətli daş almaq yaxşı olar: onlar sizə uğur gətirəcək. Gəzintilər, şəhər kənarında istirahət xeyrinizə olacaq.
Şir - Gün sizin üçün çətin olacaq. Bəxtiniz gətirmir, amma bunu etiraf etmək istəmirsiniz. Elə bu səbəbdən də uğur qazanmadığınız işlərə dəfələrlə qayıdırsınız. Bu gün çox canfəşanlıq edirsiniz. Heç məsləhət deyil. Əziyyət çəkir, bəhrəsini görmürsünüz. Bunu nə qədər tez anlasanız, bir elə çox gücünüzü qoruya bilərsiniz.
Günün ikinci yarısı səhhətiniz korlana bilər. Bundan başqa, bu gün mənfi xarici təsirlərə müqavimət göstərmək gücünüz azdır. Odur ki, ünsiyyətlərdə diqqətli olun: hətta səbəbsiz yerə xoşunuza gəlməyən, sizi qıcıqlandıran insanlardan qaçın.
Qız - Neytral gündür. Son vaxtlar baş verənləri analiz etmək, nəticələr çıxarmaq vaxtıdır. Diqqətinizi vacib olan məqamlara yönəldə bilirsiniz, heç nə diqqətinizdən qaçmır. Bəzi nəzakətsiz qohumlarınızın diqqəti və iradları sizi əsəbləşdirəcək, amma çox güman ki, mübahisəyə yol verməyəcəksiniz.
Maliyyə problemləriniz ola bilər, alış-veriş elə də uğurlu olmayacaq. Təmirə başlamaq, mebelin yerini dəyişmək, məişət texnikasını təmir etmək məsləhət deyil. Axşam zədə ala bilərsiniz, özünüzü gözləyin.
Tərəzi - Yeni bir layihəni gersəkləşdirməyə başlaya bilərsiniz. Gözəl ideyalar, ilham, enerji, uğur sarıdan korluğunuz olmayacaq. Əsas odur ki, diqqətinizi mənasız işlərə dağıtmayasınız. Sizi yoldan çıxarmaq istəyənlərə isə nəzakətlə qapını göstərin.
Səyahətə çıxmaq, yaxud səfərə hazırlaşmaq üçün münasib gündür. Turist putyovkaları, biletlər, geyim və yolda gərəyiniz ola biləcək digər əşyalar da ala bilərsiniz. Evdən uzaq olduqca təsadüfi həvəslərin ehtiraslı eşq macərasına çevrilmək ehtimalı artır.
Əqrəb - İstirahət üçün əla gündür. Gözəl bir məclisdə yaxşı vaxt keçirə, maraqlı insanlarla ünsiyyət qura bilərsiniz. Çox xoş bir insanla tanışlığınız həyatınıza rəng qatacaq. Qohumlarınızla fikir ayrılıqları mümkündür, amma siz müzakirələrin mübahisəyə çevrilməsinə imkan verməyəcəksiniz.
Qəfil təklif və dəvətlər mümkündür, tək qalmaq istəyiniz peyda olarsa, onu gerçəkləşdirmək çox çətin olacaq. Günün ikinci yarısı vacib xəbərlər ala bilərsiniz.
Oxatan - Bu gün əvvəlkilər kimi çətin olmayacaq. Bircə bunu bilmək kifayətdir ki, əhvalınız yaxşılaşsın. Qalanları asandır: azacıq səy göstərməklə istədiyinizi ala bilərsiniz. Uzaq və uzun səfərlərə çıxmaq məsləhət deyil. Xırda gəzintilər, ekskursiyalar isə yaxşı keçəcək.
Bu yaxınlarda qırılmış əlaqələri bərpa etmək, yaxud sönmüş ehtirasları yenidən alovlandırmaq üçün münasib gündür. Siz yorulmaq bilmirsiniz, nə sizin, nə də ətrafınızdakıların darıxmaq üçün heç bir şansları yoxdur.
Oğlaq - Çətin olacaq. Problemlər çoxdur. Ən pisi isə əhvalınızın korlanmasıdır. Hətta uğurlarınıza da sevinmirsiniz. Yaxınlarınızın sizi şənləndirmək cəhdləri boşa çıxır: siz daha da əsəbləşirsiniz.
Bu gün vacib qərarlar verməyiniz məsləhət deyil. Bu, xüsusilə uzunmüddətli nəticələri olan qərarlara aiddir. Hadisələrin çox qaranlıq gələcəyi barədə düşünür, panikaya düşür, dava başlamamış təslim olursunuz. Sonra isə bu gün qətiyyətli olmadığınıza görə peşman olacaqsınız.
Dolça - Bir qədər nikbin ruha köklənsəniz, pis olmaz. Çünki neqativ emosiyaların təsirindən çıxmaq sizə çətindir. Günorta çox gərgin olacaq: narahatlıq, gələcək üçün əndişələr, qəbul olunmuş qərarların düzgünlüyünə şübhələr sizi özünüzdən çıxaracaq.
Günün ikinci yarısı sakitləşdirici məşğuliyyətlərə üstünlük verin. Dini, psixoloji ədəbiyyat oxuyun. Magiyaya heç bir həvəs etməyin.
Balıqlar - Həftənin ən sakit günüdür. Narahatlıq üçün əsas yoxdur, hadisələrin inkişafı sizin istəmədiyiniz istiqamətə yönəlsə də, xoşagəlməz nəticələrin olacağını ağlınıza gətirməyin. Pul ala bilərsiniz, miqdarı böyük olmasa da, vaxtında dadınıza çatacaq.
Dostlarla görüş əla, sevgilinizlə görüş isə bir qədər sönük olacaq. Sizin yumor hissiniz diqqəti cəlb edir, istənilən məclisin ulduzuna çevriləcəksiniz. Günün ilk yarısı yeni tanışlıqlar qura bilərsiniz, axşamı isə yaxınlarınızla keçirin.