Qapı-qapı gəzməyə davam edəcəyik.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin III növbədənkənar toplantısından öncə çıxışı zamanı deyib.
"Dəyərli yol yoldaşlarım!. Sizi 998 gün sonra yenidən salamlayıram. Bu müddətdən sonra yenidən birlikdəyik. Önümüzdə 2019-cu il var. Martda bələdiyyə seçkiləri, noyabrda parlament və prezident seçkiləri var. Dayanmaq yoxdur, yola davam. Spekulyasiyaların seçki qutusunda cavabını verərək yenə yox edəcəyik, - Ərdoğan bildirib.
Qeyd edək ki, Ankara İdman Arenasında baş tutacaq AKP-nin növbədənkənar toplantısında Prezident Rəcəb Tayyib Ərdoğan yenidən partiya sədrliyi vəzifəsini öz üzərinə götürəcək.