"Təzə tikilmiş mənzillər ancaq sırf jurnalistlərə veriləcək. Texniki işçilərə mənzil düşmür.
Unikal.org xəbər verir ki, bu barədə "Ekspressin əməkdaşı ilə söhbətində Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib.
Onun sözlərinə görə, komissiya üzvləri təyin olunmuş vaxtda redaksiyalarda olacaq, redaksiyaların nə vaxtdan fəaliyyət göstərməsini, nə qədər texniki işçisi və jurnalisti olmasını müəyyənləşdirəcək.
Vüqar Səfərli onu da vurğulayıb ki, redaksiyalar tərəfindən namizədlərin sırf jurnalistlər olub-olmaması da dəqiqləşdiriləcək. "Bu barədə qardaşıma da güzəşt etməyəcəyəm deyərək icraçı direktor diqqətə çatdırıb.