"Zaqatalda uşaqlar qarşısında konsert verən cinsi azlıq nümayəndəsi Diva Burhan Sultan adlı müğənini qınamaq düzgün deyil. Qınanılası adamlar valideyinlərdir. Mən başa düşmürəm, Diva Burhan Sultanı niyə qaralayırsız? Tədbirlərdə iştirak edən cinsi azlıq tək o deyil ki?

Bu fikirləri Unikal.org-a sabiq millət vəkili, Respublika Uşaq Təşkilatının keçmiş sədri Gülər Əhmədova deyib. O, hesab edir ki, burada məsələ konkret olaraq valideyinlərlə bağlıdır: " Əgər valideyin övladının örnək götürəcəyi adamın cinsi azlıq olmasını istəyirsə, qoy onun uşağı həmin konsertə getsin. Əlbəttə, bunun əksini istəyən valideyin uşağını o konsertə getməyə icazə verməyəcək.

G.Əhmədova qeyd edib ki, Azərbaycan demokratik ölkədir və burada cinsi azlıqların, cinsi çoxluqların, başqa dinə mənsub olanların hüquqları qorunur: "Biz tolerant ölkəyik. Heç kimə deyilmir ki, sən niyə xristian, şiyə və ya sünnisən?

Hər kəsin öz ailə tərbiyəsi var. Kim istəyirsə, uşağı cinsi azlıqdan tərbiyə götürsün, bu onun öz işidir. Kim övladının kişi kimi böyüməsini istəyirsə, aparıb qaziləri, aprel döyüşlərində şəhid olan qardaşlarımızın məzarını ziyarət etdirsin.

Ona görə hər kəs övladını necə böyüdəcəyini özü qərar verməlidir.



Amid Əyyuboğlu