Dünya miqyasında havanın, iqlimin istiləşməsi prosesi gedir. Bu proses Azərbaycanda da müşahidə olunur. Hazırda ölkəmizdə temperaturun dəyişməsi prosesi öyrənilir.
Unikal.org xəbər verir ki, bu barədə Azərtac-a Azərbaycan Milli Elmlər Akademiyasının akademik H.Əliyev adına Coğrafiya İnstitutunun iqlim və aqroiqlimşünaslıq şöbəsinin baş elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov məlumat verib.
M.Həsənov deyib: "Müəyyən olunub ki, isti hava dalğalarının intensivliyi artıb. Məsələn, 1940-1960-cı illərə nisbətən isti hava dalğalarının sayı son dövrlərdə (1992-2014-cü illər) təqribən 3-4 dəfə artıb. Bu iqlim dəyişmələri təbii ki, həm insan sağlamlığına, həm bitkiçiliyə, həm də təsərrüfatın hər bir sahəsinə təsir edir. Bu istiqamətdə institutda çox geniş tədqiqat işləri aparılır.
Alim bildirib ki, tədqiqatlara əsasən, Azərbaycanda havanın orta temperaturu 0,6 dərəcə ilə 1,4-1,5 dərəcə arasında yüksəlib. Həmin prosesə uyğun Azərbaycanın təbii landşaflarının sərhədlərində müəyyən dəyişikliklər nəzərə çarpır. Bu istiqamətdə adaptasiya tədbirləri müəyyənləşdirilməlidir. Əgər istiləşmə prosesi belə davam edərsə istiyə daha tələbkar olan bitkilərin əkilməsi, kənd təsərrüfat bitkilərinin rayonlaşdırılmasına yenidən baxılması lazım gələcək. Müvafiq tədbirlər görülməlidir ki, iqlim dəyişmələri ərzaq təhlükəsizliyinin təmin edilməsinə mane olmasın.