Bu gün Azərbaycanın görkəmli teatr və kino aktyoru, lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı, Azərbaycan SSR-nin xalq artisti Fuad Poladovun doğum günüdür.
Unikal.org xəbər verir ki, xalq artistinin 69 yaşı tamam olur.
Fuad Ağarəhim oğlu Poladov 1948-ci il may ayının 24-də Bakıda doğulub. 132 saylı orta məktəbi bitirib.Sənətə 1966-cı ildə "İstintaq davam edir" filmində çəkildiyi Səlim rolu ilə gəlib. ADİİ-nin Dram və kino aktyorluğu fakültəsini bitirib (1967-1972). Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyib.20 mart 1987-ci ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adını alıb.
Aktyorun Akademik Milli Dram Teatrının səhnəsində ifa etdiyi rollar:
Ferdinand -"Məkr və məhəbbət"(Fridrix Şiller), Fərhad - "Məhəbbət əfsanəsi"(Nazim Hikmət), Nizami - "Qılınc və qələm" (Məmməd Səid Ordubadi), Baron - "Həyatın dibində" (Maksim Qorki), Rauf -"Kərgədan buynuzu"(Maqsud İbrahimbəyov), Mirzə Səfi - "Mirzə Şəfi" (Nəbi Xəzri), Rəhman,Valeh,Salavan,Qədim, Mübarək,Həsənzadə, Səltənə - ("Mahnı dağlarda qaldı", "Məhv olunmuş gündəliklər", "Qəribə oğlan", "Büllur sarayda", "Boy çiçəyi", və "Şeyx Xiyabani", (İlyas Əfəndiyev), Hamlet,Benedikt-("Heç nədən səs-küy", "Hamlet" (Uilyam Şekspir), Şahbaz bəy - "Müsyö Jordan və dərviş Məstəli şah", (Mirzə Fətəli Axundzadə),
Şöklü Məlik - "Torpağa sancılan qılınc"(Nəbi Xəzri), Çığatay - "Yağışdan sonra "(Bəxtiyar Vahabzadə), Avtandil - "Darıxma ana" (Nodar Dumbadze), Şah Qacar-"Şah Qacar" (Əli Əmirli), Müsyo İbrahim -"Müsyo İbrahim və Quran çiçəyi" (Erik-Emmanuel Şmitt).
1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur.
Səməd Vurğun adına Rus Dram Teatrında oynadığı rollar:
Erve Monten - "Tamaşaçılara baxmaq qadağandır" (J.Marsan), Daniel - " Tənha kişi üçün tələ" (R. Tom), Pavel Trunnikov - "Şəhərdə dəhşətli dərəcədə narahatlıq var" (İ. Pikovski), Lopaxin - "Albalı bağı" (A.P. Çexov), Yuliy Sezar - "Kölgələrin oyunu" (Y. Edlis), Stefan " -Qara dəlik" (Q. Stefanovski), İblis - "İblis" (H.Cavid), Sankiti Oba - "Aramızdakı kabuslar" (K.Abe), Eddi Karbone - "Eddi Karbone" (Körpüdən örünən mənzərə) (A. Miller), Stefan - " Fransızsayağı ailə" (Ailənin həftəsonu) (J.Puare), Svetlovidov - "Ququşu mahnısı" (A.P. Çexov), Lord Avqust - "Avqust üzərinə düşən vəzifəni yerinə yetirir" (B.Şou), Floran - "Müqəddəs bədheybətlər" (J.Kokto), Eduard Polumb - "Dulların təsəlliçisi" (C.Marotta, B.Randon), Həkim Korniş - "Əlçatmaz qadın" (S.Moema), Napaleon 1 - "Napaleon 1" (F.Brukner), Kardinal Vulsi - "Şah oyunları". (Q.Qorin), Həkim Dorn - "Qağayı" (A.P.Çexov), Herman Lyuis - "Qarışıq hisslər" (R.Baer), Didr - "Pozğun" (E.E.Şmitt)(A.Brailovskinin tərcüməsi)...