"Sübut edəcəm ki, Aslan İsmayılov hər zaman dövlətin əleyhinə işləyib"
Bu fikirləri Unikal.org- a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıiyev deyib. O, qeyd edib ki, Aslan İsmayılovu məhkəməyə verəcək: "Aslan İsmayılov xarici kəşfiyyata işləyir. Dəfələrlə ölkə başçısını və Ramiz Mehdiyevi təhqir edib. Özünün facebook səhifəsində haqqımda təhqirlər yazıb, ünvanıma nalayiq ifadələr işlədib. Vəkillərimə göstəriş verdim ki, onun bu günə qədər dövlət başçısı və ailəsinin əleyhinə yazdıqları ortaya çıxarılsın. Bu adam Cəmil Həsənlinin, Əli Kərimlinin tapşırığı ilə prezidentin ailəsi haqqında şər-böhtan yazdığına görə məhkəmədə cavab verəcək. Sübut edəcəm ki, bu adam hər zaman dövlətin əleyhinə işləyib. Onun hərəkətləri başdan ayağa cinayətdir. Gəlib indi partiya sədrini, 3 dəfə prezidentliyə namizəd olmuş şəxsi təhqir edir. Düzdür, ermənilər həmişə məni təhqir edir. İndi də bu hücuma keçib. Çünki biz onun dayılarının qulağını kəsmişik. Bu insan erməni kəşfiyyatına xidmət edir. Onun qulağını dayısı andranikin qulağı kimi kəsəcəm ki, bir də nə prezidentə, nə Ramiz Mehdiyevə, nə də mənə qarşı kampaniya aparmasın".
Orxan Həsənli