Qısa zamanda internet fenomeninə çevrilən stilist Əli özünü "Azərbaycanın ilk Barbi oğlanı elan edib.
Unikal.org-un Mynews.az-a istinadən məlumatına görə, o çoxsaylı izləyici kütləsinin olmasının səbəbi istedadlı olması və hamıdan fərqlənməsi olduğunu bildirib.
"Uşaqlıqdan hər ölkədə Barbi oğlanların olduğunu bilirdim. Müəyyən yaşdan sonra üzərimdə əməliyyatlar etdirərək onlar kimi olmaq arzum idi. Bu, çox böyük cəsarət tələb edən iş idi. Mən, nəhayət ki, buna nail oldum. Hal-hazırda Azərbaycanın Ken Dolluna çevrilmişəm, yəni Barbi oğlanına.
Qeyd edək ki, Əlinin "Instagram səhifəsində 55 mindən çox izləyici var.