Bu gün Dövlət Bayraq Meydanından start götürən "28 MAY - Respublika gününə həsr olunmuş yürüş keçirilib.
Unikal.org-un "Qafqazinfoya istinadən verdiyi xəbərə görə, yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev və media nümayəndələri iştirak edib.
Yürüşdən öncə DTX-nın ictimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Arif Babayev çıxış edib. Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib, xalq artisti Aygün Kazımova ifa edib.