Xalq artisti Aygün Kazımova Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) solisti təyin olunub.
Unikal.org bildirir ki, bu barədə Femida.az-a xalq artisti özü məlumat verib. O, açıqlamasında bildirib ki, artıq bununla bağlı rəsmi əmr də çıxıb.
Xatırladaq ki, xalq artisti Aygün Kazımova Dövlət Bayraq Meydanından start götürən "28 MAY - Respublika gününə həsr olunmuş yürüşdə iştirak edib. Daha sonra təşkil olunmuş konsert proqramında çıxış edib. Yürüşdə Dövlət Təhlükəsizlik Xidmətinin rəisi, general Mədət Quliyev, Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyev də iştirak edib.