Azərbaycan ABŞ prezidenti Donald Trampın Bakıda keçirilən Beynəlxalq Xəzər Neft-Qaz Sərgi-Konfransı üçün göndərdiyi xüsusi məktubu yüksək qiymətləndirir. "

Unikal.org xəbər verir ki, bu bunu Azərbaycanın energetika naziri Natiq Əliyev deyib.

N.Əliyevin sözlərinə görə, ABŞ prezidentinin məktubu rəsmi Vaşinqtonun Azərbaycanın enerji siyasətinə dəstəyini göstərir: "Azərbaycanın yanacaq-enerji kompleksinin qarşısında duran əsas məsələ əhalinin tələbatını ödəməkdir. Bu günə qədər 81 neft-qaz yatağı aşkar edilib. Onlardan 61-də neft-qaz hasil olunur, digər 20-də isə müəyyən səbəbdən hasilat başlamayıb. Hesab edirik ki, gələn il Azərbaycan tarixində 2 milyardıncı ton neftin hasilatını qeyd edəcəyik".