Artıq bir neçə gündür ki, "Maşın realiti-şousu yayıma başlayıb.
Unikal.org-un axşam.az-a istinadən məlumatına görə, şouda bir çox maraqlı və gərgin anlar yaşanır. Diqqət çəkən məqamlardan biri isə küsülü məşhurların bu şouda üz-üzə gətirilməsidir.
Belə ki, "Maşında yarışmacı olan Fərda Xudaverdiyev və İslam Mehrəliyev Azər Zahidlə küsülüdür. Onlar arasındakı gərginlik oyun boyunca da hiss olunur. Aktyorlarla aparıcı arasındakı küsülülüyə "Yanlış anlama filmi səbəb olmuşdu. A.Zahid türkiyəli rejissorların lentə aldığı filmin ideyasının ona aid olduğunu bildirmiş, onları oğurluqda günahlandırmışdı. Aparıcı ekran işində çəkilmək üçün İslam və Fərdaya müraciət etdiyini də demişdi. Azər aktyorların onu aldadan rejissorlarla iş birliyinə əsəbiləşmiş və onlardan incimişdi.
Şouda küsülü olan digər şəxslər isə prodüser Tarix Əliyevlə (Tolik) rəqqasə Oksana Rəsulova idi. Hətta Oksana açıqlamalarının birində keçmiş rəfiqəsi, müğənni Natavan Həbibidən küsmə səbəbinin onun prodüserlə barışması olduğunu demişdi. Maraqlısı odur ki, Toliklə Oksana yarışma boyunca yanyana dayanır.