Bank sektorunun bu ilin 30 aprelinə qədər icmal göstəriciləri açıqlanıb.

Maliyyə Bazarlarına Nəzarət Palatasından Unikal.org-a verilən məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 32 bankın 30 aprel 2017-ci il tarixinə cəmi aktivləri 30,779.2 milyon manat, cəmi öhdəlikləri 28,031.6 milyon manat təşkil edib.

Sektorun balans kapitalı 2,747.6 milyon manatdır. Əhalinin əmanətləri 6,847.5 milyon manat həcmindədir.

Bankların filiallarının sayı 560, şöbələrinin sayı 140, POS-terminalların sayı 2,493-dür. Bütövlükdə, bank sektorunun işçi heyəti 16,214 nəfər təşkil edir.