Məşhurların həyatı bütün zamanlarda insanlarda maraq doğurub. Bütün dünyada olduğu kimi bizdə də vəziyyət eynidir. Bunu tam əminliklə demək olar ki, bir müğənninin yaradıcılığından daha çox şəxsi həyatı insanları cəlb edir. Məsələn, hər hansı bir ifaçı yeni mahnı oxuyarsa və ya beynəlxalq festivalda ölkəmizi təmsil edərsə, ictimaiyyət bununla bir o qədər də maraqlanmır. Amma yox, əgər elə həmin müğənni sevgilisi ilə hər hansı bir məcilisdə görünərsə, yaxud sosial şəbəkələrdə intim fotosunu paylaşarsa, bu olay işıq sürəti ilə yayılar və geniş müzakirə mövzusuna çevrilər. Sözümüzün canı odur ki, bir müğənninin qeyri-rəsmi nikahdan olan övladının olması, yeni mahnı oxumasından daha çox olaya çevrilir. Bu hal da yuxarıda qeyd etdiyimiz kimi bütün dünyada belədir.
Unikal.org xəbər verir ki, big.az bu məqamı əldə əsas tutaraq, yerli sənət aləmində qeyri-rəsmi övlad dünyaya gətirən məşhurların siyahısını oxucuların nəzərinə çatdırır.
Ayan Babakişiyeva məşhur məmurla yasaq eşq yaşadığını uzun illər sonra mətbuata açıq şəkildə etiraf edib. Müğənni əvvəlcə Karate üzrə dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun rəisi, polkovnik Füzuli Musayevin ilk həyat yoldaşından boşanma sənədinin şəkillərini yaydı. Bununla nümayiş etdirmək istədi ki, qarşı tərəfin ona olan niyyəti ciddidir.
Polkovnik isə Ayanla gizli ailə həyatı qurduğunu boynundan atdı: "Öz ailəmi çox sevirəm. Mənim qızım, oğlum, nəvəm var və mən onlarla fəxr edirəm. Səhv eləmək insanlara xas cəhətdir. Ayan mənim böyük səhvim olub, - deyə etiraf edir.
F.Musayev müğənni ilə münasibətlərini təkzib etsə də, Ayan açıqlamasında bunları söyləmişdi: "Mən onun həyatında səhv olsaydım, 7 il birgə yaşamazdıq. 30 illik arvadını boşayaraq, məni alıb və bizim ortada qız övladımız var. Səhv edən də, aldanan da mənəm. Çünki gəncəm, 52 yaşında bir insanın 7 illik münasibəti səhv adlandırması nə dərəcədə düzgündür? Füzuli Musayev əlində məhkəmənin boşanma qərarı ilə yanıma gəldi və mənə evlənmək təklif etdi. Övladımı mənimlə evlənmək iddiasında olan, subay kişidən dünyaya gətirmişəm. Bu gün ayılıb məni və yeni dünyaya gələn körpəsini səhv adlandırırsa, bu, onun həyat tərzidir. O insan Azərbaycan kişisinə, dövlət məmuruna yaraşmayan hərəkəti, xarakteri ortaya qoydu. Övladımı evli kişidən dünyaya gətirməmişəm. Amma çox gülməlidir ki, o, səhvini uşaq doğulandan sonra başa düşdü. Xoşbəxtəm ki, artıq belə bir insan övladımın və mənim həyatımda yoxdur. İctimaiyyət qarşısında məndən və övladımdan imtina edən insan bizə lazım deyil. Mən iradəmlə ayaqda durmağı bacaracağam.
Bu açıqlamadan sonra A.Babakişiyeva məmur sevgilisi tərəfindən təqib edilməyə başlayır. İdmançılar tərəfindən hər gün evinə basqın edilən Ayan Babakişiyeva bununla bağlı Füzuli Musayevin tabe olduğu qurumlara müraciət edərək kömək istəməli olur.
Amma müvəqqəti sakitlikdən sonra hücumlar davam etdiyindən gənc müğənni qorxusundan Vətəni tərk etmək qərarına gəlir. O, ailəsi ilə birgə Türkiyəyə köçərək, orada restoran biznesi quracağını da heç kəsdən gizlətmir. Çox keçmir ki, müğənninin Bakıdan getdiyi barədə xəbər yayılır. Bundan sonra o, bağını satır və Türkiyənin İstanbul şəhərində ev alır. Hazırda qardaş ölkədə yaşayan müğənni arabir Bakıya gəlsə də, bunu çox ehtiyatla etməyə çalışır.
Siyahımızda ikinci yerdə müğənni Rəqsanə İsmayılova qərarlaşıb. Gənc yaşda bir dəfə rəsmi nikahda olub boşanan Rəqsasənin də adı "evli kişi ilə müansibəti olan müğənnidir siyahısına daxildir. Onun ikinci qızı Yağmur qeyri-rəsmi nikahda yaşadığı kişidən dünyaya gəlib. İfaçı hətta efirlərin birində evli şəxslə sevgili olduğunu açıq-aydın etiraf etmişdi.
Hətta müğənni zarafatla "Yağmurun atasının kim olduğunu mənə deyənə hədiyyə verəcəyəm - demişdi.
Təxminən bir il öncə müğənni üçüncü dəfə ana olmağa hazırlaşırdı. Lakin R.İsmayılovanın hamiləliyi pozuldu. Bundan sonra müğənni uzun müddət depressiyaya qapılmış, səhnədən də uzaqlaşmışdı.
Sırada şəxsi həyatı ilə gündəmə gələn müğənni Şəbnəm Tovuzludur (Əsədova). Şəbnəm mətbuata açıqlamasında həyat yoldaşının evli məmur olduğunu demişdi. Ardınca isə "Sosial şəbəkədə yazırlar ki, Şəbnəm xanım ailə dağıdır. Mən heç kimin ailəsini dağıtmıram. Bunu hər kəs bilsin. Yoldaşımı şou-biznes nümayəndələri tanıyır. Yəni o özünü reklam etməyi sevmir. Həyat yoldaşım insanlara niyə maraqlı olmalıdır ki? Uşağımın atası yanımdadır. Mən boşanmış insanla ailə qurmuşam. O insan məndən 1 il əvvəl ayrılıb. Ailə dağıtmıram, şəxsi ailəmdir. Birinci ailəm alınmayıb. Düz gəlmədi, ayrıldıq. Bu insanda məni tanımadan bir il qabaq boşanıb. O demək deyil ki, boşanıb, ailəsinə baxmamalıdır. Övladlarına çox gözəl baxır. Biz normal şəkildə ailə qurmuşuq. Toyumuz olmayıb, amma ağsaqqalların iştirakı ilə kiçik qonaqlıq etmişik. Kəbinimiz var - açıqlamasını vermişdi.
Yeri gəlmişkən, Ş.Tovuzlu haqqında danışdığımız şəxsdən oğlan övladı dünyaya gətirib. Uşağa Əli adı qoyulub.
Bir zamanlar qeyri-adi imici ilə tanının əməkdar artist Aygün Bəylərin də nikahsız uşaq doğduğu söylənir. Müşahidələrdən də görünür ki, birdən-birə xarici görünüşündə dəyişiklik edən Aygün Bəylərin bu addımı səbəbsiz deyil. Beləliklə, səhnəyə "kepka ilə deyil, qadın imici ilə çıxmasını Aygünün şəxsi həyatındakı dəyişikliklə əlaqələndirənlər haqlı çıxdı. Çox keçmədi ki, o, ana da oldu. O, qız övladı dünyaya gətirdi.
A.Bəylər daha sonra müsahibəsində uşağının atasının 15 ildir xaricdə yaşayan aranjemançıdan dünyaya gətirdiyini söylədi: "Bilmirəm, bəlkə uşaq böyüyüb atasının yanında qalacaq, ya da atası özü gələcək. Yəqin ki, atası istəsəydi, qalardı da. Hamı gördü ki, o necə sənətçidir, sənətə bağlı insandır. Deyə bilmərəm ki, ayrı-ayrı adamlarıq, amma fikirlərimizdə fərqlilik var. Sənətimiz, ürəyimiz, övladımız eyni olsa da, həyata, dünyaya baxışlarımız tamam fərqlidir. Amma şükür Allaha ki, sevdiyim insandan övladım dünyaya gəlib. Heç bir yerdə yaşayanlar sona qədər bir-birlərini sevə bilmirlər. İndi cavan ailələr tez dağılır. Yaxşı ki, övladımı yaşlı vaxtda dünyaya gətirdim. Əlbəttə, uşaq həyatı başa düşəndən sonra atasını görməyə gedəcək, o, övladını görməyə gələcək. Mən istəyirdim ki, tək olmayım, bizim yaratdığımız əsər bizim davamçımız olsun! Həyat göstərər.
Nikahsız doğulan daha bir uşağın anası hər zaman öz səmimiyyəti ilə seçilən prodüser Təranə Səmədovadır. Bu barədə mətbuata o, özü açıqlama verib.
Hətta uşağının keçmiş əri müğənni Kərim Abbasovdan olduğu barədə fikri də təkzib edib: "Belə düşünən insanlar mənim və ailə həyatım barədə informasiyası olmayanlardır. Fakt odur ki, Kərim uşağımın atası deyil.
O, bütün qınaqları göz önünə alaraq bu addımı atdığını və qızı Sueli dünyaya gətirməkdən peşman olmadığını deyib: "Peşman deyiləm. Övladımla xoşbəxtəm. Mənəvi baxımdan çox güclü insanam. Övladıma görə hər şeyə dözməyə çalışıram.
Yerli şou-biznesin "Pişik ləqəbli müğənnisi Günel Ələkbərova 2014-cü ildı nikahsız qız övladı dünyaya gətirib. O, körpəsinə Məryəmxanım adını qoyub.
Müğənni xoşbəxt olduğunu, qızı üçün çox fədakarlıq etdiyini deyib: "Qurduğum ailəni kimlərəsə göstərmək məcburiyyətində deyiləm. Əsas odur ki, biz xoşbəxtik. O qədər toy edənlər var ki, bir ayın içində ayrılırlar. Əsas odur ki, biz yoldaşımla bir yerdəyik. İlk başdan anam narazı idi. Narazılıq oğlanın evli olması ilə əlaqədar idi. Amma vallah, xoşbəxtlik "ZAQSla deyil. Əsas odur ki, kəbinimiz var, övladım halallıqla dünyaya gəlib. O, övladının arxasındadır, ata kimi özünü doğruldur. Bunu hamı da görür. Artıq ailəm də ona güvənir. Ona görə də hazırda heç bir narazılıq yoxdur. Qızımın atasının başqa övladları var. Onlar arasında ayrı-seçkilik etmir. Boşanmayıb, onun iki ailəsi var. Biri mən, biri də odur. Mənim onun övladının biri ilə ünsiyyətim də var. Övladım halallıqla dünyaya gəlib. Uşağımızı bir yerdə böyüdürük. Hər ikimiz də çalışırıq ki, vətənə layiqli övlad olsun.
Rəqqasə Fatimənin oğlu da qeyri-rəsmi nikahdan doğulub. Belə ki, rəqqasə və sevgilisi bir-birini sevirmişlər, lakin oğlanın valideynləri onların izdivacına qarşı çıxıb. Onu başqası ilə evləndiriblər. Fatimə ilə həmin şəxsin isə görüşləri davam edib, bu münasibətdən onların Aydın adlı oğlu dünyaya gəlib. Sonra həmin şəxs nikahını pozaraq, Fatimə xanımla ailə həyatı qurub.
"Azəri star-2006-nın qalibi, müğənni Fidan Süleymanova da qeyri-rəsmi nikahdan övlad dünyaya gətirib. Əldə etdiyimiz məlumata görə, həmin şəxs Fidanı səhnədən uzaqlaşdırıb. Onların birgə münasibətindən Ömər adlı oğulları dünyaya gəlib. O da məlum olub ki, hazırda müğənni ilə həmin şəxs arasında münasibətlər yaxşı deyil, onlar ayrılıblar.
Nikahsız uşaq dünyaya gətirənlər arasında xalq artisti Rafael Dadaşovun müğənni qızı Səidə Dadaşova da var.
Belə ki, ötən il ana olan Səidə həyat yoldaşı Məhəmməd və oğlu ilə fotolarını yayımladıqdan sonra həngamə başladı. Daha dəqiq söyləsək, Aysel adlı xanım Səidə Dadaşovanın evləndiyini iddia etdiyi Məhəmməd adlı şəxsin əslində onun rəsmi həyat yoldaşı olduğunu söylədi. Bildirdi ki, Məhəmməd əvvəllər Səidə Dadaşovanın sürücüsü vəzifəsində işləyib.
"Səidə nikahlı həyat yoldaşımdan uşaq doğub. Mənim yoldaşımın əvvəllər Səidə xanımla əlaqəsi olub. Səidə mənim evimə gəlib. Süfrəmdə oturub, birgə çörək kəsmişik. Səidə mənə dedi ki, Məhəmməd mənim qardaşımdır, ürəyinə heç nə pis şey gəlməsin. Dedi ki, heç insan da öz qardaşına tamah salar?! Səidə bu sözləri mənə üzbəüz deyib. Qadın da evli adamdan uşaq dünyaya gətirər? Həyat yoldaşım Məhəmməd səhərlər başqa işdə işləyir, axşamlar isə kafe işlədir. O mənə deyirdi ki, son bir ayda kafedə qalır. Son bir aya kimi də birlikdə yaşayırdıq. Axırıncı dəfə o, Səidə ilə çox pis dalaşmışdı və mən də bilirdim ki, onlar ayrılıblar. Xəbər saytlarından oxuyuram ki, Səidə mənim həyat yoldaşımdan uşaq doğub. Məhəmməd dedi ki, uşaq onluq deyil. Sonra dedi ki, Səidənin sürücüsüdür. Dedim, nə oldu kafe işlədirdin, yenə onun sürücüsü işləyirsən? Hər birimiz sosial şəbəkədən istifadə edirik. Uşağım ikinci sinifə gedir. Hər kəs görüb o fotoları, xəbərləri mənə zəng edir, soruşur ki, bu nə məsələdir. Qalmışam kimə nə cavab verim. Ancaq sonra Məhəmməd etiraf etdi ki, Səidənin övladı ondandır. İstədim gedim, boşanmaq üçün müraciət edim, amma dayandım. Çünki hirsli başda ağıl olmur. Həm də Səidə əri olmaya-olmaya deyir ki, o, mənim ərimdir, amma mən deyə bilmirəm?!
Onu da qeyd edək ki, Məhəmməd adlı şəxsin Ayseldən iki oğul övladı var.
Müğənni Sevinc Ağaşirinova da qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirənlərdəndir. Onun nikahdankənar dünyaya gələn oğlunun 3 yaşında oğlu var.
Yəqin ki, bir çoxlarınız müğənni Zahidə Günəşi xatırlayırsınız. Doğrudur, bu müğənni karyerasının ən pik vaxtlarında belə o qədər də populyar olmayıb. Amma özünəməxsus ifa tərzi və səhnə davranışları ilə seçilib. Səhnə mədəniyyəti ilə seçilən xanım sənətçi ərə getmədən uşaq dünyaya gətirən müğənnilərin siyahısında ilk pillədədir.
Aynur Dadaşova isə bir zamanlar Rüfət Axundovla oxuduğu duetlərlə tanınırdı. Sənətçinin ilk evliliyindən bir oğlu var-Ümid. Bildirdiyinə görə, ilk həyat yoldaşından ayrılmasının səbəbi xəyanətdir. Hər halda bu da bir yenilikdir. Çünki əksər halda xəyanətlə xanım müğənnilər deyil, onların həyat yoldaşları üzləşirlər. Bildirilir ki, Aynur xanınımn hazırda birgə yaşadığı insandan da bir övlad dünyaya gətirib. Xəbərlər sırasında bu şəxsin iş adamı olması və müğənniyə sənətiylə bağlı qadağa qoyması da yer alır.
Bir zamanlar oriental rəqqasə kimi tanınan, hazırda isə yalnız müğənnilik fəaliyyəti ilə məşğul olan Sevda Sanaliyeva dayanır. Bu müğənninin də nə ərə getməsi, nə də toyu haqda heç bir xəbər olmadı. Bircə onu bildik ki, artıq müğənni-rəqqasə hamilədir. Yəni qeyri-rəsmi nikahdan uşaq dünyaya gətirməyə hazırlaşır.
Sonda onu da əlavə edək ki, qeyri rəsmi uşaq dünyaya gətirənlər arasında müğənni Nura Suri, oğlu David də var.
Həmçinin Firuzə İbadovanın qızı Hülya da qeyri-rəsmi nikahdan doğulub. Sevilən sənətçimiz mətbuata müsahibəsində musiqiçi həyat yoldaşından münasibətinin olduğunu, hamilə ikən onun evli olduğunu öyrəndiyini demişdi.
Bu da belə... Gördüyünüz kimi şou nümayəndələri bizləri təəccübləndirməkdə davam edir. Ümid edək ki, bundan sonra onlar bizi yalnız yaradıcılıq uğurları ilə sevindirəcəklər...