"Hazırda neftə olan tələbat kifayət qədər balanslaşıb. OPEC qlobal anbarlarda mövcud olan neft ehtiyatlarını azaltmağa çalışır. Güman edirəm ki, biz buna doğru hərəkət edirik".
Unikal.org apa-ya istinadən xəbər verir ki, bunu BP şikrətinin baş icraçı direktoru Bob Dadli bildirib.
Onun sözlərinə görə, hazırda Nigeriya, Liviya və Venesuelada hasilatla bağlı qeyri-müəyyənlik var. "Buna baxmayaraq, biz doğru istiqamətdə hərəkət edirik", - deyə B.Dadli qeyd edib.
Baş icraçı direktor əlavə edib ki, OPEC və qeyri-OPEC ölkələri tərəfindən hasilatın azaldımasına dair əldə olunan razılaşmaya əsasən BP də istehsalı azaldıb: "Biz hasilatı azaldan "Rosneft" şikrətinin səhmdarıyıq. Bununla yanaşı, biz Azərbaycanda, Yaxın Şərq ölkələrində, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində hasilatı azaltmışıq. Böyük ehtimalla, İraqda da hasilatı azaldacağıq. Düzdür, hasilatın azaldılması bizə təsirsiz ötüşməyib, lakin azalma ciddi deyil. Qiymətlərin razılaşma əldə olunan müddətdən əvvəlkilərdən çox olması da bir növ hasilatın azaldılmasını kompensasiya edir".