İran ilə Azərbaycanın dəmir yolları birləşəcək və bu yol "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında mühüm rol oynayacaq.
Unikal.org AZƏRTAC-a istinadən bildirir ki, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi Sankt-Peterburqda keçirilən beynəlxalq iqtisadi forumdakı çıxışı zamanı bildirib.
M. Vaezi deyib edib ki, İran MDB dövlətləri ilə iqtisadi əlaqələrini inkişaf etdirərək genişləndirməkdə maraqlıdır və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi bu inkişafı təmin edəcək.