2017-ci ildə Azərbaycanda ÜDM 1,4% azalacaq, 2018-ci ildə isə 0,6% artacaq.
Bu barədə Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir.
Bildirilir ki, bu il resessiyaya bank sistemində baş verən neqativ proseslər, sərt pul-kredit siyasəti və s. amillər səbəb olacaq.
Bununla yanaşı, DB Azərbaycan iqtisadiyyatında irəliləyişin baş verdiyini də qeyd edir.