Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Petkimi Türkiyədən neçəyə almasını açıqlayıb.
Unikal.org xəbər verir ki, ARDNŞ-in Türkiyə prezidenti Vaqif Əliyev vurğulayıb ki, "Petkimə xərclənən vəsaitin iki misli qədər ödəniş edərək sözügedən şirkəti aldıq:
"Çünki biz Türkiyədəki sərmayələrimizi strateji gördük. Əlimizi daşın altına qoyduq. İndiyə qədər Türkiyəyə etdiyimiz investisiyalardan heç birindən pul qazanmadıq. Amma buna baxmayaraq davamlı investisiya edirik. Türkiyədə 9 ildir yalnız gələcək üçün çalışırıq".
Vaqif Əliyev TANAP işə düşdükdən sonra Türkiyədə satılan qazın qiymətinin ucuzlaşacağını da istisna etməyib: "Azərbaycan qazı hər zaman ucuzdur. Neft kimya parkı qurmaq üçün Türkiyədə işlər görürük. Bu baxımından əhəmiyyətli olacağını da ümid edirik.