Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinə yeni müdir təyin edilib.

Unikal.org report-a istinadən xəbər verir ki, bu vəzifəyə Firuzə Abdullayeva gətirilib.

O, indiyə qədər şöbə müdiri vəzifəsini müvəqqəti icra edib. Xatırladaq ki, bundan əvvəl Uçot siyasəti şöbəsinə rəhbərlik edən Elxan Cəfərov hazırda maliyyə nazirinin müşaviri vəzifəsini tutur.