Çinin ikinci liqasında çıxış edən "Pekin Enterprises"ın 30 yaşlı yarımmüdafiəçisi Şeyk İsmael Tiote dünən məşqdə ürək tutması nəticəsində dünyasını dəyişib.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, Tiote komandasının məşqi zamanı anidən yerə yıxılıb və həyata gözlərini yumub.
Kot-d-İvuar yığmasında 55 oyun keçirən futbolçu karyerası ərzində "Anderlext", "Roda", "Tvente" və "Nyukasl" klublarında çıxış edib.
Futbolçunun vəfatı ilə əlaqədər "Qarabağ" klubu başsağlığı verib.
Tiote 2009/2010-cü illər mövsümündə Avropa Liqasının pley-off mərhələsində "Tvente"nin heyətində Ağdamın "Qarabağ" klubuna qarşı hər iki oyunda meydanda olmuşdu. Tiote həmçinin "Tvente"də Vaqif Cavadovla komanda yoldaşı olub. O, daha sonra İngiltərənin "Nyukasl" klubuna transfer olmuşdu.