Mingəçevirdə kişi arvadını və iki övladını qətlə yetirib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin ərazisində baş verib.
Belə ki, şəhər sakini 1960-cı il təvəllüdlü Hüseynov Nazim Ağa oğlu həyat yoldaşı və iki övladını öldürərək qətlə yetirib.
Hadisənin ailə-münaqişəsi zəminində baş verdiyi bildirilir.
Hadisə yerinə Mingəçevir Şəhər Polis Şöbəsinin və Mingəçevir Şəhər Prokurorluğunun əməkdaşları gəlib.
****
10:30
Mingəçevirdə arvadını və iki övladını qətlə yetirən Nazim Hüseynov könüllü olaraq polisə təslim olub. "Reportun Şirvan bürosunun məlumatına görə, o arvadı Hüseynova Aynurəni, oğlu, 2-ci sinif şagirdi Hüseynov Hüseyni və 5 yaşlı qızı Hüseynova Mədinəni ailə-münaqişəsi zəminində qətlə yetirib.