Türkiyənin Ərzincan vilayətinin Oğulcuq kəndində tarlada çalışanların üzərinə ildırım düşüb.

Unikal.org xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb. Xəsarət alanlardan ikisi uşaqdır.

Yaralılar xəstəxanaya yerləşdirilib.