"Maşın Şounun ətrafında söz-söhbətlər səngimək bilmir. Bir qədər öncə saytlardan biri iştirakçılardan birinin maşından əlini çəkməsi ilə bağlı xəbər yayıb.
Unikal.org-un məlumatına görə, "Maşın şounun cavabdeh şəxslərinin teleqraf.com-a verdiyi özəl açıqlamaya görə, bu xəbər yanlışdır və bu dəqiqə pavilyona heç bir jurnalist buraxılmır.
Qeyd edək ki, həmin sayt bu xəbəri yaydıqdan sonra "Maşın"ın əməkdaşları tərəfindən bu informasiyanın yalan-yanlış olduğu, reytinq qazanmaq naminə bu gün ən danışılan mövzu barədə səhv məlumat yazmağın qeyri-peşəkarlıqdan irəli gəldiyi vurğulanıb. Həmin sayt cavab olaraq, iştirakçılardan Elcan Rəsulov və Oksana Rəsulovanın soyadlarının eyni olmasına görə, səhv saldığını bildirib.
"Maşın Şounun verdiyi məlumata görə, maşından əlini çəkən var, lakin bu barədə, hələ ki, açıqlama verilmir, qalibin kimliyi yalnız bu gün ATV-nin efirində bəlli olacaq.