CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 48,31 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,72 dollar/barel azdır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti iyunun 13-də 47,72 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,71 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti iyunun 13-də 45,86 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,45 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə iyunun 13-də 46,8 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.