Mingəçevirdə üç azyaşlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, onlardan ikisi Xocalı, biri isə Goranboy rayon sakinidir.
Zəhərlənmə hadisəsi Azərbaycan İstilik Elektrik Stansiyası yaxınlığında yerləşən "vaqon şəhərciyi"ndə qeydə alınıb. Uşaqlardan ikisi -” 2003 və 2005-ci il təvəllüdlü Qəmbər və Fərid Bəhruz oğlu Məmmədovlar qardaşdırlar, digər zərərçəkmiş isə onların qonaq gəlmiş dayısı oğlu - 2013-cü il təvəllüdlü Raul Novruz oğlu Hüseynovdur. Azyaşlıların yemək yedikdən sonra naməlum səbəbdən zəhərləndiyi məlum olub.
Təcili şəhər xəstəxanasına çatdırılan uşaqlar ilkin tibbi yardımdan sonra Uşaq Reanimasiya şöbəsinə yerləşdiriliblər. R.Hüseynov bir müddətdən sonra evə buraxılsa da, iki qardaşın müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.
Doğmalarının dediyinə görə, azyaşlılar balıq konservi yeyiblər və zəhərlənmə də elə bundan sonra baş verib.