Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycan şöbəsinin əməkdaşları Dağlıq Qarabağın şimalında yerləşən Talış kəndinin yaxınlığında qoşunların təmas xəttində həlak olan 7 azərbaycanlı şəhidin cənazəsini götürüblər.

Unikal.org-un "Qafqazinfo"ya istinadən verdiyi məlumata görə, Azərbaycan hərbçiləri aprelin 2-sivə 4-də Talış qəsəbəsi ətrafında iki dəfə düşmənin müdafiəsini yararaq Talışı tuta biliblər. Bu ərazidə xeyli sayda hərbçi həlak olub.

Yerli vaxtla saat 15:00-da qoşunların təmas xəttindəki postlardan birinə BQXK-nın hər iki tərəfdən nümayəndələri gəliblər.

BQXK-nın erməni əməkdaşları Azərbaycan tərəfinə təhvil vermək üçün həlak olmuş hərbçilərin cəsədini gətiriblər. Onların vasitəçiliyi ilə Azərbaycan tərəfindən həlak olmuş 6 hərbçinin cəsədi götürülüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi bu gün yaydığı açıqlamada ATƏT nümayəndələri və Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə 15.00-dan 20.00-dək döyüş meydanında qalmış hər iki tərəfin hərbi qulluqçularının meyitlərinin götürülməsi prosesinin həyata keçiriləcəyini söyləmişdi.