Donetski Kiyevin nəzarəti altına almaq üçün Rusiya ilə vuruşmağa hazırıq.
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə Donetsk hərbi-mülki administrasiyasının rəhbəri Pavel Jebrivsk çıxış edib.
"Rusiya və Ukrayna arasında açıq şəkildə ciddi müharibə olacaq. Mən hazıram və prinsip etibarilə bunu hər kəs istəyir. Bu gün Ukrayna ordusunda döyüş bacarığı var və iki həftə ərzində Donetski ələ keçirə bilər", - Jebrivsk bildirib.
Jebrivsk Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinin "Ukrayna kimi bir ölkə ilə döyüşmək məcburiyyətində qalsaq, bu müharibə 4 gün davam edəcək" sözlərinə reaksiya verib:
"Görünən budur ki, Rusiyada həqiqətən ciddi problemlər var".