ABŞ-ın İstanbulda yerləşən Baş Konsulluğunda qorxulu anlar yaşanıb.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, İran əsilli Amerika vətəndaşı olan şəxs konsulluğun önündə qışqıraraq üzərində bomba olduğunu deyib.
Konsulluğun təhlükəsizlik xidməti dərhal polisə xəbər verib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi saxlayaraq üzərinə baxış keçiriblər.
Məlum olub ki, onun üzərində hər hansı partlayıcı maddə yoxdur.
Adı açıqlanmayan şəxsin əqli probleminin olduğu bildirilib.