Hazırda ATƏT sədri olan Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer aprelin 12-də Berlində təşkilat üzrə həmkarları, Serbiya və Avstriya xarici işlər nazirləri İvitsa Daçiç və Sebastyan Kurtsu qəbul edəcək.
 
Unikal.org-un APA-ya istinadən məlumatına görə, bu barədə Almaniya XİN-in məlumatında bildirilir.
 
ATƏT "üçlüyü"nə təşkilatın əvvəlki, hazırkı və növbəti ildəki sədr-ölkələri daxildir. Görüşdə həmçinin ATƏT-in baş katibi Lamberto Zanyer iştirak edəcək.
 
"Danışıqların əsas mövzusu ATƏT-də sədrlik edən ölkələrin Dağlıq Qarabağ və Ukraynada münaqişənin nizamlanmasına dair səyləri olacaq. Həmçinin ATƏT-in miqrasiya məsələlərindəki roluna toxunulacaq", - məlumatda deyilir.