ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinin tərəflərini konfliktin danışıqlar yolu ilə nizamlanması üzərində işləməyə çağırıb.
Bu barədə həmsədr "Tvitter"dəki səhifəsində yazıb.
"Son hadisələr zamanı çox itkilər olub, bu səbədən münaqişəni dayandırmaq və danışıqlar yolu ilə onun üzərində işləmək lazımdır".