Türkiyədə Cübbəli Əhməd kimi tanınan din alimi Əhməd Mahmud Ünlü rəcəb ayının ilk cümə axşamı keçirilən əhya gecəsində cəbhə bölgəsində baş verən son hadisələrə görə Azərbaycana dua edib.
Unikal.org anspress-ə istinadən bildirir ki, Azərbaycan şəhidlərinə dua edən Cübbəli Əhməd ermənilərə və ruslara da qarğış töküb.
"Azərbaycana yardım elə! Ermənistanı qəhr (lənət) elə! Azərbaycanlı şəhidlərimizə rəhmət elə! Qəbirlərini nur elə! Dərəcələrini ali elə! Azərbaycanla Türkiyənin ittihadını, ittifaqını təsdiq elə! Bir millət kimi birləşdir, ya Rəbbil aləmin! Bu erməninin, bu yəhudinin, bu sionistin, bu rusun, bu kafirin oyunlarını plan mərhələsində ləğv elə! Haradan gəldiklərinə peşman edib geriyə çevir, ya Rəbbil aləmin!" - deyə Cübbəli Əhməd duada vurğulayır.
Tədbirdə iştirak edən möminlər isə dualara yekdilliklə amin deyirlər.
Cübbəli Əhməd aprelin 2-də sosial şəbəkədəki səhifəsində Azərbaycanla Türkiyənin birliyini göstərən şəkil paylaşmış və cəbhədə dünyasını dəyişən Azərbaycan şəhidlərinə rəhmət oxumuşdu.
Ötən gün iranlı din xadimi də Azərbaycan üçün dua etmişdi. İranın ali dini liderinin Ərdəbil əyalətindəki təmsilçisi höccətül-islam Seyid Həsən Amili cümə namazı zamanı Dağlıq Qarabağda baş verənlərdən danışıb.
O, Azərbaycanın ərazi bütövlüyünü dəstədiklərini, işğal altında olan torpaqların geriyə qaytarılmasını istədiklərini bildirib.
Qarabağda döyüşməyi arzuladıqlarını deyən H. Amili qeyd edib ki, Qarabağ islam dünyasının bir parçasıdır və Azərbaycana qaytarılmalıdır.