Paytaxtda bir müddət öncə ərindən boşanan qadın birlikdə yaşadığı sevgilisindən polisə şikayət edib.
Unikal.org "Qafqazinfo"ya istinadən xəbər verir ki, Xəzər rayonu, Binə qəsəbəsində yaşayan 1982-ci il təvəllüdlü İ.M hüquq-mühafizə orqanlarına müraciət edərək sevgilisinin onun 12 yaşlı qızına qarşı zorakı hərəkətlər etdiyini bildirib.
İ.M deyib ki, qeyri-rəsmi olaraq birlikdə yaşadığı Mahir (şərti) adlı sevgilisi 1 həftə ərzində hər gün qızı 2004-cü il təvəllüdlü Aynura (şərti) qarşı zorakılıqla seksual xarakterli hərəkətlər edib. Bir müddət qorxusunda heç kimə bir söz deməyən uşaq sonradan hər şeyi anasına danışıb.
Araşdırma aparılır.