Rusiyanın paytaxtı Moskvada psixonevroloji internatda yanğın hadisəsi qeydə alınıb.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının günortaya yaxın Moskvanın cənubundakı 18 saylı psixonevroloji internatda baş verib.
Hazırda fövqəladə xidmət əməkdaşları hadisə yerinədir. İnsanların təxliyəsi həyata keçirilir.
Yanğın yemək zalı üzərindəki tavanında başlayıb. 50 kvadratmetr sahənin yandığı vurğulanıb.
Yanğının baş vermə səbəbləri araşdırılır.