Ötən həftə Londonda yaşayış binasında baş verən yanğın nəticəsində ölənlərin sayı 79 nəfərə çatıb.
Unikal.org xəbər verir ki, bu barədə London polisi məlumat yayıb.
Bildirilib ki, ölən şəxslərin kimlikləri hələlik müəyyən edilməyib. Cəmi 5 nəfərin şəxsiyyəti bəllidir. Ölü sayının artacağı istisna deyil. Hazırda dağıntılar altında cəsədlərin olduğu bildirilir.
Məlumata görə, 42 nəfərin meyiti binanın bir otağında aşkar edilib. Ehtimal edilir ki, onlar yanğından qaçmağa çalışsalar da, bacarmayıblar.
Qeyd edək ki, iyunun 14-də Londonun qərbindəki "Grenfell Tower yaşayış binasında güclü yanğın baş verib.