Təmas xəttində cəsədlərin axtarılması və mübadiləsi hələ 1-2 gün də davam edəcək.
Unikal.org anspress-ə istinadən məlumatına görə, bu barədə qondarma rejimin nümayəndəsi bildirib.
"Bəli, bu gün də axtarış həyata keçiriləcək və tam başa çatmayanadək davam edə bilər", - deyə David Babayan bildirib.
Onun sözlərinə görə, cəsədlərin çoxu neytral zonada, bəzən düz cəbhə xəttindədir. "Ona görə də əlavə təhlükəsizlik tədbirləri lazımdır ki, müvafiq qurumlar həmin cəsədləri götürə bilsinlər", - deyə Babayan əlavə edib. Bununla da qondarma rejimin nümayəndəsi itkilərinin sayının açıqladıqları rəqəmlərdən dəfələrlə çox olduğunu etiraf etmiş olub.
O həmçinin qeyd edib ki, hazırda cəsədlərin sayı, adları haqqında heç bir məlumat açıqlanmır. 1-2 gün də davam edən axtarışlardan sonra tam siyahı verilə bilər.