Rusiyanın baş naziri Dmitri Medvedev ölkəsinin dövlət televiziyasına müsahibəsində bildirib ki, Qarabağ münaqişəsi dondurulmuş vəziyyətdə qalsa yaxşıdır.
Unikal.org xəbər verir ki. "Rossiya 1" televiziya kanalının şənbə axşamı efirə gedən və aparıcısının Sergey Brilyov olduğu proqrama müsahibəsində Dmitri Medvedev deyib:
"Əgər məndən soruşsanız ki, münaqişənin dondurulmuş vəziyyətdə saxlanılması, başqa sözlə, onun sürətli həllindən imtina etməklə insan həyatını qurban verərək həll edilməsi arasında seçim edim, mən birincini seçərdim. Yəni, yaxşısı budur, indiki vəziyyət qalsın, nəinki qan tökülsün".
Baş nazir əlavə edib ki, münaqişə müəyyən bir yolla həll oluna bilər və hər bir həll üsulu hansısa tərəfi narazı salacaq.