ABŞ-ın Montana Universitetinin professoru, jurnalist və yazıçı Tomas Qoltsun Ağdamın "Qarabağ Futbol Komandası haqqında çəkdiyi "On Aqqreqeyt ("Aqreqatda) adlı sənədli filmin Londonda "Çelsi Futbol Klubunun "Stamford Bridc stadionunda premyerası keçirilib.
Bu barədə Unikal.org-a Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) bildirilib. Sənədli filmin nümayişdən əvvəl TEAS-ın London ofisinin direktoru Cek Peqoraro çıxış edib:
"Təəssüf ki, BMT-nin Ümumdünya Qaçqınlar Günü ifadəsi hazırda məcburi köçkünlərin üzləşdiyi çətinlikləri əks etdirmir. Bu isə qeyri-adi bir haldır. Hazırda dünyada məcburi köçkünlərin sayı qaçqınların sayından daha çoxdur. 25 ildən artıqdır ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və yeddi rayon Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Bir milyona yaxın insan məcburi köçkün və qaçqın olub. BMT Təhlükəsizlik Şurasının Ermənistanı işğalçılıqda qınayan dörd qətnamə qəbul etməsinə baxmayaraq, köçkünlərin heç biri evlərinə geri qayıda bilməyib. Ermənistanın Azərbaycanın əzəli torpaqlarını işğalı nəticəsində "Qarabağ Futbol Klubu doğma meydançasına həsrət qalıb.
Filmdə vurğulanır ki, komandada bir neçə legioner oyunçunun olmasına baxmayaraq, komandanın şərəfini qoruyan əksər oyunçular Ağdamdan olan məcburi köçkünlərdir. Klubun futbol akademiyasından götürülən yeni oyunçuları da məcburi köçkün ailələrindəndir.
Tomas Qolts 1991-ci ildən başlayaraq dəfələrlə Azərbaycana uzunmüddətli səfərlər edib, ö reportajlar hazırlayıb. Azərbaycan həqiqətləri barədə dünya ictimaiyyətinə məlumat verib. O, Qarabağ savaşının şahidi olub. İngilis dilində işıq üzü görən "Azərbaycan gündəliyi kitabının müəllifidir.
Tomas Qolts Ağdama səfər etmək imkanı haqqında suala belə cavab verib: "Dağlıq Qarabağa olduğu kimi Ağdama da giriş mümkün deyil. Şəhər tamamilə yerlə-yeksan edilib. Şəhərə daxil olduqda orada Azərbaycan avtomobillərinin dövlət nömrə nişanlarından bir divar var. Bu avtomobilləri 1993-cü ildə ermənilər şəhəri işğal edərkən mənimsəyiblər. Avtomobillərin hamısı Ağdamda qeydiyyatda olduğunu bildirən "02 rəqəmi ilə başlayır.