"2010-cu ildə ailə qurmuşam, 2013-cü ildə isə başımı bağlamışam. Çox adam elə bilir ki, həyat yoldaşıma görə başımı bağlamışam. Amma bu, belə deyil.
Unikal.org xəbər verir ki, bunu müğənni Xuraman Şuşalı "Hər şey daxil verilişinin qonağı olarkən deyib.
O, ərinin istəyi ilə hicaba keçməsi xəbərlərinin yalan olduğunu deyib:
"Başımı özüm istəyərək bağlamışam. Əgər onun istəyi ilə bağlamış olsaydım, onun xətrimə dəyən hər hansı sözündən sonra başımı aça bilərdim. Amma bunu özüm istəmişəm.