Türkiyənin tanınmış aktrisası və keçmiş model Pınar Altuğ, Uğurkan Erez və Erol Albayrakın təqdimatında yayımlanan “Şimdi Konuşmak Moda” adlı YouTube proqramında uğurla dolu həyat və karyera yolculuğunu bölüşüb.

"Unikal" xəbər verirr ki, 17 yaşında podiuma çıxaraq modellik karyerasına başlayan Altuğ, 1994-cü ildə “Miss Turkey” gözəllik yarışmasının qalibi seçilib. 2002-ci ildə isə “Çocuklar Duymasın” serialı ilə aktrisalığa keçid edən sənətçi, bu rolu ilə geniş kütlələrin sevimlisinə çevrilib.

Proqramda şəxsi həyatı ilə bağlı da səmimi etiraflar edən Altuğ, həyat yoldaşı Yağmur Atacan ilə 2006-cı ildə yayımlanan “İlk Aşkım” serialının çəkiliş meydançasında tanış olduqlarını bildirib:

“Yağmur qayda tanımayan bir insandır. Səhnə zamanı qəfil içəri girib məni öpdü. Elə münasibətimiz də o an başladı. 19 ildir birlikdəyik, 17 illik xoşbəxt evliyimiz var. Əgər etdiyin şeydən əminsənsə və için rahatdırsa, heç kimə hesabat verməyə ehtiyac yoxdur. Həyatımın ən böyük cəsarəti onunla birlikdə olmaq idi. İctimaiyyətə qalsa, biz çoxdan ayrılmışdıq.”

Pınar Altuğ eyni zamanda modellik karyerasına maddi çətinliklər səbəbindən başladığını da qeyd edib:

“17 yaşımda ilk dəfə podiuma çıxdım. Atamı itirdiyim üçün pul qazanmağa məcbur idim. Özəl məktəbdə oxuyurdum və anam təkbaşına həm evi, həm də təhsilimi qarşılaya bilmirdi. Atam vəfat edəndən sonra bütün maliyyə yükü anamın üzərinə düşdü. Bu səbəblə məktəbini yarımçıq qoyub son iki ili başqa məktəbdə oxumaq məcburiyyətində qaldım".