Müğənni Sevda Sanəliyeva həyat yoldaşı Cəmillə birlikdə fotolarını paylaşıb.
Unikal.org xəbər verir ki, sənətçi paylaşdığı fotoya belə bir şərh yazaraq həyat yoldaşını sevdiyini bir daha elan edib:
"Sevdiyim, dayağım, canım yoldaşım. Balalarımın və mənim atamız. Nə yaxşı Allah səni qarşıma çıxarıb. Səninlə hüzur tapıram. Sənə arxalanıb, səndən güc alıram. Nə yaxşı mənim həyat yoldaşım sənsən. Səni sevirəm. Ad günü, evlilik il dönümümüz deyil. Elə-belə ürəyimdən keçdi yazdım. Sən işdə olanda eşqimi elan etmək istədim".
Qeyd edək ki, S.Sanəliyevanın iki övladı var.