Azərbaycan yığmasının futbolçusu Pavel Paşayevin çıxış etdiyi Ukraynanın "Stal" klubunun gələcək taleyinə aydınlıq gəlib.

Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu ölkənin Preyer Liqasında iştirakçılar dəyişməyəcək.

"Stal" rəhbərliyi keçirdiyi iclasda bəyan edib ki, klub qalacaq, ancaq maliyyəsi azaldılacaq.

Yeni baş məşqçi isə erməni Yeqişe Melikyan olacaq. "Stal"ın prezidentinin erməni Vardan İsraelyan olduğunu nəzərə alsaq, bu seçim təəccüb doğurmur. Komanda isə Melikyanın bunadək çalışdırdığı gənclərdən ibarət heyətdən təşkil olunacaq. Belə olan halda, 29 yaşlı Paşayevin "Stal"dan gedişi real görünür. Ancaq onun ötən mövsümdən şərəfini qoruduğu bu klubla müqaviləsi olduğuna görə ayrılmasına rəhbərlik icazə verməlidi.