Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində həyatın itirib.
DİN-dən unikal.org-a verilən məlumata görə, iyunun 25-də İmişli şəhər sakini Bəhruz Mahmudov Araz çayının şəhər ərazisindən keçən hissəsində çimərkən boğulub. Meyitin tapılması istiqamətində tədbirlər görülür.
İyunun 26-da Sabirabad rayonunun Qruzma kəndində rayon sakini Emin Sadıqov təmir işləri apararkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Araşdırma aparılır.