Sumqayıtda qız üstündə qan tökülüb.

Unikal.org məlumat verir ki, mübahisə zəminində 23 yaşlı gənc qətlə yetirilib. Hadisə Sumqayıt şəhəri 76-ci məhəllədə avtomobillərin təmiri sexinin yaxınlığındakı qamışlıqda qeydə alınıb. Sözügedən məkanda Astara rayon sakini 23 yaşlı Taleh Babazadə hələlik istintaqa adı məlum olmayan şəxslə əvvəlcə mübahisə edib. Sonradan mübahisə əlbəyaxa davaya çevrilib. Naməlum şəxs özü ilə gətirdiyi bıçaqla Taleh Babazadəyə ağır xəsarət yetirib.

Ərazinin qamışlı olması və yaxınlıqda insanların olmamasından, qışqırıq səslərini eşidən olmayıb.
Nəticədə Taleh Babazə aldığı bıçaq xəsarətlərindən elə yerindəcə dünyasını dəyişib. Qətli törədən şəxs isə hadisə yerindən qaçıb. Qətlin törədildiyi yerə Sumqayıt şəhər polis idarəsinin 3-cü polis bölməsinin əməkdaşları gəlib. Hadisə yeri müayinə olunub. Gəncin meyiti təcili tibbi yardım avtomobili ilə morqa aparılıb. Hazırda qətli törədənin kimliyi müəyyənləşdirilir.