Sumqayıtda törədilmiş qətl hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.

Unikal.org lent.az-a istinadən xəbər verir ki, 76-cı məhəllədə yerləşən avtomobil təmiri sexinin yaxınlığındakı qamışlıqda 23 yaşlı Taleh Babazadəni bıçaqlayaraq öldürən Teymur Sadıqovun 18 yaşında olması məlum olub.

Bildirilir ki, Teymur bir müddət əvvəl Sumqayıtda bir qızla tanış olaraq onunla yazışmağa başlayıb. Bu günlərdə qız Teymura keçmiş sevgilisinin onu narahat etdiyini deyib. Bundan sonra Teymur qızın keçmiş sevgilisi olan Taleh Babazadəni axtarıb və onu söhbətə çağırıb. Məlum cinayət də həmin söhbət zamanı baş verib. Teymur Sadıqov hadisədən sonra doğulduğu Gədəbəy rayonuna getməyə çalışsa da, Şəmkir ərazisində tutulub.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir.