Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Ramilə Əliyevanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Unikal.org  Trend-ə istinadən xəbər verir ki, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 6-na təyin edilib.

İttihama görə, R.Əliyeva mübahisə nəticəsində qeyri-rəsmi nikahda yaşadığı Elxan Həsənovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan E.Həsənovun həyatını xilas etmək mümkün olub. Hadisə zamanı hər iki şəxs sərxoş vəziyyətdə olub.

R.Əliyevaya Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ittiham olunur.