Lerik rayonunda bıçaqlanma faktı qeydə alınıb.

Unikal.org-un
apa-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Hamarmeşə kəndində baş verib.

Kənd sakini, Nəhmətova Ülviyyə bıçaq xəsarətləri alıb. Onun Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Hadisəni Lerikin Bibiyan kənd sakini, zərərçəkən Ülviyyə Nəhmətovanın xalası oğlu Ramin adlı şəxs ailə münaqişəsi zəminində törədib.

İnsident zamanı həmçinin Ü.Nəhmətovanın atası, 1968-ci il təvəllüdlü Bahadur Bəqi oğlu Nəhmətov yüngül xəsarət alıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.